AŞQABADDA RUSİYA-TÜRKMƏNİSTAN MƏSLƏHƏTLƏŞMƏLƏRİ KEÇİRİLMİŞDİR
Görüşdə Rusiya Türkmənistana “Xəzərin dibi bölünür, su isə ümumi istifadədə qalır” prinsipini əsas götürməyi təklif etmişdir.
Məsləhətləşmələrin yekunu ilə bağlı Viktor Kalyujnı demişdir: “Bu çox səmərəli görüş idi və biz qoyulmuş bütün suallara cavab aldıq”.
Danışıqlardan sonra Viktor Kalyujnının Türkmənistan Prezidenti Saparmurad Niyazovla görüşündə deyilmişdir ki, Aşqabad və Moskva Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı danışıqlar prosesini sürətləndirmək fikrindədir.
Türkmənistanın dövlət başçısı təsdiq etmişdir ki, Türkmənistan aprelin 6-7-də Xəzəryanı beş dövlətin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşündə iştirak edəcəkdir.
Xatırladaq ki, Rusiya, Qazaxıstan və Azərbaycan bu illər ərzində Xəzərin dibinin bölünməsi məsələləri ilə bağlı ikitərəfli və üçtərəfli görüşlər keçirmiş, müqavilələr imzalamışlar.