AŞQABADDA XƏZƏRİN TƏBİİ EHTİYATLARININİQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Türkmənistan Təbiəti Mühafizə Nazirliyinin təşəbbüsü ilə keçirilən forumda Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan və bir sıra beynəlxalq təşkilatların nümayəndələri, xarici ekspertlər iştirak etmişlər.
Tədbirdə Xəzərin təbii ehtiyatlarının iqtisadi qiymətləndirilməsi, insan fəaliyyətinin sahilyanı zonanın təbiətinə təsiri, çirklənmənin növləri və onların aradan qaldırılması yolları, biomüxtəlifliyin qorunması, ekoloji risklər və bir sıra digər məsələlər müzakirə olunmuşdur.
Xarici ekspertlər seminar iştirakçılarını iqtisadi təhlil və iqtisadiyyata qiymət verilməsinin müasir metodları, bu sahədə inkişaf etmiş dövlətlərin təcrübəsi ilə tanış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]