ASTANA HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Qazaxıstan paytaxtına gəlmişdir.
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş Astana beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi təyyarənin pilləkəni yanında Qazaxıstanın xarici işlər naziri Marat Tajin, nəqliyyat və kommunikasiyalar naziri Serik Axmetov, Astana şəhəri hakiminin müavini Yermek Amanşayev və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar. Milli geyimli qız dövlətimizin başçısına gül dəstəsi təqdim etdi.
Azərbaycan Prezidenti hava limanından onun üçün ayrılmış iqamətgaha - “Rixos President-Astana” mehmanxanasına yola düşdü.