Astanada Azərbaycanın iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının iclası keçirilir
Astana, 20 aprel, AZƏRTAC
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (OSJD) 70 illik yubileyi münasibətilə bu qurumun dəmir yolları baş direktorları Konfransının 14-cü iclası keçirilir.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-yə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Çin, Rusiya, Gürcüstan, Macarıstan, Vyetnam, Polşa, Cənubi Koreya da daxil olmaqla təxminən 30 ölkədən nümayəndələr iştirak edirlər.
İclasın gündəliyinə OSJD çərçivəsində görülən işlərin nəticələri, yük və sərnişin daşımalarının inkişafı, infrastruktur, rəqəmsallaşma və kadr hazırlığı məsələləri daxildir. İştirakçılar beynəlxalq tranzitin inkişafı, nəqliyyat dəhlizlərinin sinxronlaşdırılması və Avrasiyada nəqliyyatın səmərəliliyinin artırılması ilə bağlı əsas qərarları müzakirə edirlər. İclasdan sonra əməkdaşlıq sahələri müəyyən ediləcək.
Xatırladaq ki, OSJD 1956-cı ildə təsis edilib. Bu beynəlxalq təşkilat beynəlxalq dəmir yolu nəqliyyatının inkişafı və transkontinental marşrutların rəqabət qabiliyyətinin artırılması istiqamətində fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]