Astanada türk dövlətləri səhiyyə nazirlərinin 5-ci görüşü keçirilir
Astana, 8 aprel, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, görüş zamanı TDT ölkələrində səhiyyə sisteminin inkişafı, həmçinin səhiyyə nazirlərinin 4-cü görüşünün nəticələri müzakirə olunacaq. Tədbirdə fövqəladə hallar zamanı əməkdaşlıq, belə şəraitdə işləmək üçün kadrların hazırlanması, donor məlumat bazasının yaradılması, tibb və əczaçılıq sənayesində tərəfdaşlığın gücləndirilməsi məsələləri də nəzərdən keçirilir.
Bundan əlavə, TDT üzvü olan ölkələrin səhiyyə sistemlərinin inkişafında beynəlxalq təşkilatların rolu müzakirə olunur və təşkilat çərçivəsində yaradılmış işçi qruplarının 2025–2026-cı illər üçün Fəaliyyət Planı təsdiq ediləcək.
İclasın sonunda birgə Bəyannamə imzalanacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.08.2026 [19:46]
Hövsanda açıq ərazidə yanğın baş verib
- 27.08.2026 [18:15]
Yay üçün ən riskli qidalar hansılardır?
- 27.08.2026 [18:03]
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
- 27.08.2026 [17:24]
Nazirlik: Sosial siyasət Naxçıvanda yüksək səviyyədə icra edilir
- 27.08.2026 [15:14]