Astanada Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirlərinə dair saziş layihəsi müzakirə edilib
Astana, 20 fevral, AZƏRTAC
Astanada Xəzəryanı dövlət nümayəndələrinin iştirakı ilə Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirlərinə dair saziş layihəsi üzrə danışıqların dördüncü mərhələsi keçirilib.
AZƏRTAC Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənəd Qazaxıstan tərəfindən hazırlanıb və 2018-ci il avqustun 12-də Mangistau əyalətinin Aktau şəhərində keçirilmiş Beşinci Xəzər Sammitinin yekunlarına dair Xəzəryanı ölkə rəhbərləri arasında əldə edilən razılaşmaların icrasına yönəlib.
Saziş layihəsi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin həyata keçirilməsini nəzərdə tutur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]