“ASTARA ENERJİ QOVŞAĞI”NDA 487 TONDAN ARTIQ ŞƏRTİ YANACAĞA QƏNAƏT OLUNMUŞDUR
Həmin müddətdə hər kilovat-saat elektrik enerjisi istehsalına proqnozlaşdırıldığından az şərti yanacaq sərf edilmişdir. Nəticədə 487 tondan artıq şərti yanacağa və 363 min kilovat-saat elektrik enerjisinə qənaət olunmuşdur.
Bu ilin avqustunda isə “Astara Enerji Qovşağı”nda 33,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu, nəzərdə tutulduğundan 13 faiz çoxdur.
Ötən ay elektrik enerjisi istehsalına sərf edilən yanacaq sərfinin azalması nəticəsində 47 tondan artıq sərti yanacağa və təqribən 41 min kilovat-saat elektrik enerjisinə qənaət edilmişdir.
Görülmüş tədbirlər nəticəsində istehlakçılara verilən elektrik enerjisinin keyfiyyəti əsaslı surətdə yaxşılaşmışdır.
Stansiyada energetika sisteminin sabitliyinin təmin edilməsi və istehsal olunan enerjinin istehlakçılara itkisiz çatdırılması məqsədi ilə tədbirlər həyata keçirilir.