ASTARA ŞƏHƏRİNDƏKİ “ŞİNDAN” HOTELİ BEŞULDUZLU OLACAQ
İkimərtəbəli yeni korpusun birinci mərtəbəsində 100 kvadratmetr ərazidə üzgüçülük hovuzu, 80 kvadratmetr ərazidə trinajor zalı, 2 sauna, təzyiqli duş vannaları, masaj otağı yerləşir. İkinci mərtəbədə isə 300 yerlik restoran və 40 nəfərlik banket zalı yerləşəcəkdir.
Yeni korpusun tikintisində 30 nəfər yerli inşaatçı çalışır. Bina istifadəyə verildikdən sonra mehmanxanada daha 30 nəfər daimi işlə təmin ediləcəkdir.
“Şindan”ın icraçı direktoru Akif Əliyev bildirmişdir ki, yeni korpus istifadəyə verildikdən sonra mehmanxananın beşulduzlu status alması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunacaqdır.
İstirahət ocağının yeni korpusunun 2006-cı ilin avqust ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.