Astarada 55 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Astara, 4 iyul, İlkin Adıyev, AZƏRTAC
Ağacda budama işi görən Astara sakini yıxılaraq ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ovala kəndində baş verib. Ağ Körpü kənd sakini 1970-ci il təvəllüdlü Surxay Seyyidəhməd oğlu Abdullayev ağac budamaq üçün qonşu Ovala kəndinə gedib. O, budama işləri görərkən ağacdan yıxılıb. S.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]