Astarada ağacların kəsilməsi nəticəsində təbiətə 9080 manat məbləğində ziyan dəyib
Bakı, 1 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Astara rayonu Kələdəhnə yaşayış massivində diametri 8-40 santimetr olan yaşköküstə müxtəlifcinsli ağacların kəsildiyi aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Astara Rayon Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]