Astarada baş verən qəzada 1 nəfər ölüb, xəsarət alanlar var
Astara, 12 noyabr, İlkin Adıyev, AZƏRTAC
Astarada baş verən qəzada 1 nəfər ölüb, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün saat 11 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb. Rayonun Kijəbə qəsəbə sakini Cəsarət Sübhan oğlu Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, Təngərüd kənd sakini 1965-ci il təvəllüdlü Kamran Zair oğlu Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsinin sürücüsü K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və nəqliyyat vasitəsində sərnişini, Astara rayonunun Kijəbə qəsəbə sakini 1991-ci il təvəllüdlü Fail İlqar oğlu Qüdrətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. İlkin tibbi müayinədən sonra hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə təxliyə ediliblər.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:26]
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
- 06.06.2026 [17:58]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [16:31]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [15:20]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
- 06.06.2026 [14:38]
Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]