Astarada çəltik yığımı başa çatıb, məhsuldarlıq artıb
Astara, 13 dekabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunda 2023-cü il ərzində 235,8 hektar sahədə çəltik əkini aparılıb. Bu sahələrdən 967,6 ton çəltik tədarük edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Rayonda çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları bu il məhsuldar “Haşimi”, “Qara çəltik”, “Həsəni” və “Apola” növlərinə daha çox üstünlük veriblər.
Sahələrdə vaxtında lazımi aqrotexniki və zərərvericilərə qarşı tədbirlər görüldüyü üçün fermerlər bol məhsul əldə ediblər. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,0 sentner olub.
Qeyd edək ki, 2022-ci ildə Astara rayonunda 202,1 hektar sahədə çəltik əkini aparılıb və sahələrdən 841 ton çəltik məhsulu götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:44]
Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır
- 07.10.2026 [10:16]
Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO
- 07.10.2026 [09:11]
Qaxda “Şən Bazar” festivalı keçiriləcək
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]