ASTARADA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALÇILARININ SAYI ARTMIŞDIR
Astara, 20 oktyabr (AZƏRTAC). Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 27 yanvar tarixli Sərəncamına müvafiq olaraq Astara rayonunda kənd təsərrüfatı istehsalçılarına dövlət yardımı plastik kartlarla verilir.
Bu məqsədlə rayonda yaradılmış komissiyanın təqdimatı əsasında 2008-ci ildə 1.783 hektar əkin sahəsinə görə 994 nəfər məhsul istehsalçısına dövlət büdcəsi vəsaiti hesabına 71 min 319 manat yardım verilmişdir.
Buğda və çəltik istehsalçılarının maddi-marağının artırılması və bu sahənin stimullaşdırılması məqsədi ilə bu sahədə çalışan 376 nəfərə 367 hektar əkin sahəsinə görə 14 min 689 manat əlavə yardım verilmişdir.
Bu il 2 min 71 hektar əkin sahəsinə görə 1.117 nəfər məhsul istehsalçısına 82 min 850 manat yardımın ödənilməsi təmin edilmişdir.
Bütün bunların nəticəsidir ki, 2008-ci illə müqayisədə rayonda məhsul istehsalçılarının sayı 173 nəfər, əkin sahəsi isə 288 hektar artmışdır.
Cari ilin sonunda kənd təssərrüfatı məhsulları istehsalçılarına 361 hektar buğda və çəltik əkininə görə 14 min 440 manat dövlət yardımı veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]