REGİONLAR
Astarada məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar
Astara, 17 yanvar, İlkin Adıyev, AZƏRTAC
Yanvarın 17-dən başlayaraq 79 saylı Astara seçki dairəsinin dairə seçki komissiyasında şəhər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.
Treninqdə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səsvermə məntəqəsinin açılması, seçki qutularının hazırlanması, səslərin hesablanması, seçki bülletenlərinin təsnifatı və yekun protokolun doldurulması və digər məsələlər barədə məlumat verilib.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub.