ASTARADA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
Tədbirin iştirakçıları Astara şəhərinin mərkəzi meydanında Qarabağ müharibəsində həlak olan həmyerlilərinin xatirə kompleksi önünə əklillər qoymuşlar.
Mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda çıxış edənlər 11 il əvvəl Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrdən söhbət açaraq AXCP-Müsavat iqtidarının səriştəsizliyi və acizliyinin ölkədə xaos və özbaşınalıq yaratdığını, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan xalqın öz nicat yolunu Heydər Əliyev dühasında gördüyünü vurğulamışlar.
1993-cü il iyunun 15-də Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını Milli Qurtuluş kimi dəyərləndirən natiqlər, ölkəmizin tərəqqisini təmin edən siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.