ASTARADA SƏRBƏST GÜLƏŞ ÜZRƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Astara rayonunun Ərçivan kəndində sərbəst güləş üzrə Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, beynəlxalq dərəcəli idman ustası Aslan Ağayevin şərəfinə yeniyetmələr arasında yeddinci respublika turnirinin startı verilmişdir.
Noyabrın 15-də Aslan Ağayevin doğulub boya-başa çatdığı Ərçivan kəndindəki mədəniyyət evində turnirin açılışı olmuşdur.
Mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, Avropa çempionu Aslan Ağayev gənc pəhləvanlara uğurlar arzulamış, ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Ölkəmizin 12 şəhər və rayonundan gəlmiş 119 gənc idmançı qalib adı uğrunda mübarizəyə qoşulmuşdur.
Üç gün davam edəcək turnirdə 10 çəki dərəcəsində fəxri yerlərə sahib olacaq idmançılara medallar, diplomlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]