ASTARADA TİKİLƏN YARDIMÇI STANSİYA BUAYIN SONUNDA İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Layihədə nəzərdə tutulmuş işlərin 90 faizi görülmüş, ayrı-ayrı hissələrin modul bloklara qoşulması əməliyyatı həyata keçirilir.
Tikintisi paralel aparılan 110 kilovoltluq yardımçı stansiyanın inşası da başa çatır. Hər birinin gücü 25 meqavat olan 5 transformator quraşdırılmışdır.
Yardımçı stansiyadan hərəsinin gücü 45 meqavat olan iki elektrik xətti çıxacaqdır. Onlardan biri Astaraya, digəri isə Masallı və Lənkərana enerji ötürəcəkdir. Gələcəkdə İranla enerji mübadiləsində bu stansiyadan istifadə olunacaqdır.