Astarada VII Zirvə Uşaq Oyunları çərçivəsində bir sıra yarışlar keçirilib
Astara, 27 may, Bağır Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş VII Zirvə Beynəlxalq Uşaq Oyunları çərçivəsində Astarada bir sıra yarışlar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 24-dən başlayaraq Astara Park Bulvar Kompleksində çimərlik voleybolu, çimərlik futbolu, çimərlik basketbolu və kartinq üzrə idman yarışları keçirilib. Qızlar arasında çimərlik voleybolu üzrə keçirilən yarışlarda 9 komanda, oğlanların yarışında isə 10 komanda iştirak edib.
Qızların yarışında “Zirvə-1”, “Zirvə-2” və “Azərreyl-2”, oğlanların yarışında isə “Neftçi-1”, “Masallı-2” və “Neftçi-2” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Qaliblər Zirvə Beynəlxalq İdman Klubunun diplomları, medalları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.