ATƏT ACARISTANDAKI VƏZİYYƏTDƏN NARAHATDIR
ATƏT-in Vyanadakı katibliyindən AZƏRTAC-a daxil olan bəyanatda deyilir ki, son bir neçə gün ərzində Gürcüstanda yaranmış böhranlı vəziyyət, bütün Cənubi Qafqazda demokratik islahatların və sabitliyin ilkin şərti kimi, respublikanın ərazi bütövlüyü nəzərə alınmaqla həll olunmalıdır.
Sənəddə deyilir ki, Bolqarıstanın xarici siyasət idarəsinin başçısı Acarıstan lideri A.Abaşidzeyə zəng vuraraq, böhranlı vəziyyəti Gürcüstanın konstitusiya normaları çərçivəsində həll etmək üçün Prezident Mixail Saakaşvili ilə siyasi dialoqa yenidən başlamağa çağırmışdır.
ATƏT-in sədri Acarıstan rəhbərindən təkcə Gürcüstanın daxili siyasi sabitliyinə deyil, həm də bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə zərər gətirə biləcək addımlardan çəkinməyi xahiş etmişdir.
S.Passi sonda demişdir: “Biz Acarıstan ilə Gürcüstan arasındakı inzibati sərhəddə körpülərin dağıdılmasından təəssüfləndiyimizi bildiririk və bu cür hərəkətləri yolverilməz hesab edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]