ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycanda işgüzar səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-da Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Frank-Valter Ştaynmayerə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.