ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ DÖVLƏTLƏRİN NÜMAYƏNDƏLƏRİ BİRGƏ BƏYANAT VERMİŞLƏR
Q.Karasin Bakıda Prezident İlham Əliyevlə, bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarovla keçirilmiş görüşlərin konstruktivliyini vurğulayaraq demişdir ki, bu görüşlərdə gələcək nizamasalmanın mühüm cəhətləri müzakirə edildi və iki ölkə prezidentlərinin tezliklə görüşməsinin mümkünlüyü nəzərdən keçirildi.
Bəyanatda deyilir ki, hər iki ölkə öz ictimaiyyətini müharibəyə deyil, məhz sülhə hazırlamalıdır. Artıq mayın 25-də bu cür diskussiyalar Yerevanda Prezident R.Koçaryanla və xarici işlər nazri V.Oskanyanla da keçiriləcəkdir. Sonra qrupun nümayəndələri öz paytaxtlarına qayıdaraq, rəhbərlərinə məruzə təqdim edəcəklər. Həmsədrlər səfərin nəticələri barədə ATƏT-ə və beynəlxalq birliyə də məlumat verəcəklər.
Q.Karasin sonda demişdir: “Biz qarşılıqlı surətdə faydalı sazişin əldə edilməsinin mümkün olduğu mərhələdəyik. Bunun baş verib-verməyəcəyi Azərbaycandan və Ermənistandan asılıdır. Biz Bakını tərəqqi ümidləri ilə tərk edirik. Burada olmağımızdan razıyıq və səmimi qəbula görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımızı bildirmək istərdik”.