Atlantik okeanında “Titan” batiskafının sərnişinlərinin cəsədləri axtarılır
Bakı, 23 iyun, AZƏRTAC
“OceanGate Expeditions” kompaniyasına məxsus “Titan” batiskafının ölmüş sayılan beş sərnişininin axtarış perspektivi qeyri-müəyyəndir. Batiskafın qalıqları batmış “Titanik” gəmisindən bir kilometr aralıda aşkarlanıb və sualtı mühitin sərt şəraiti axtarışları çətinləşdirir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ Sahil Mühafizə Xidmətinin nümayəndələri jurnalistlərə deyiblər ki, buna baxmayaraq, on müxtəlif gəminin cəlb olunduğu əməliyyat davam edir. Kontr-admiral Con Moger əməliyyatın gedişində batiskafın beş iri parçasının tapıldığını bildirib. Tapılan qalıqlar batiskafda partlayış baş verdiyini göstərir. Güman edilir ki, sərnişinlərin ölümü məhz parlayış səbəbindən baş verib.
“Titan”ın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi - “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]