Atletika üzrə növbəti dünya çempionatı 2025-ci ildə Tokioda keçiriləcək
Tokio, 15 iyul, AZƏRTAC
Atletika üzrə növbəti dünya çempionatı 2025-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası Şurasının (World Athletics) ABŞ-ın Oreqon ştatında iyulun 14-də keçirilən iclasında qəbul edilib. Yaponiya bu beynəlxalq tədbiri artıq üçüncü dəfə təşkil edəcək.
Yaponiya Yüngül Atletika Federasiyaları Assosiasiyası həmin yarışa ev sahibliyi etmək üçün ötən il müraciət edib. Yarışların Tokiodakı Milli Olimpiya Stadionunda təşkil olunacağı qeyd olunur.
Yüngül atletika üzrə beynəlxalq təşkilatın inspektorlarının cari ilin mayında stadionda olduqları bildirilir. Yaponiya İdman Agentliyinin komissarı Murofuşi Kozi və Tokionun qubernatoru Koike Yuriko onlara yarışların təşkili üçün həmin obyekti tövsiyə ediblər.
Yaponiya Yüngül Atletika Federasiyaları Assosiasiyasının sədri Oqara Mitsuqi 2025-ci il dünya çempionatı üçün Yaponiyanın seçilməsini qürurverici hadisə adlandırıb. O.Mitsuqi həm idmançıların, həm də onları müşayiət edən digər şəxslərin azarkeşlərlə dolu stadiondan zövq alacaqlarını bildirib.
Xatırladaq ki, Yaponiya analoji yarışı 1991-ci ildə Tokioda və 2007-ci ildə isə Osakada qəbul edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [18:51]