“AVA” MEBEL ŞİRKƏTİNDƏ 350 NƏFƏR İŞLƏYƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Biləsuvar rayonunun Əskərabad kəndindəki “Ava” mebel şirkətinin istehsal sahələrində işləyənlərin sayı az müddətdə 100-ü keçib. Şirkət hələlik 15 adda məhsul hazırlayır. Bu ilin birinci yarısında yeni istehsal sahələrinin işə salınması, dünya bazarı ilə əlaqələr yaradılması nəzərdə tutulur. Həyata keçirilən tədbirlər şirkətdə işləyənlərin sayını 350 nəfərə çatdırmağa imkan verəcəkdir.