Avarçəkənimiz Fransada Avropa çempionu olub
Bakı, 2 sentyabr, AZƏRTAC
Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) AZƏRTAC-a verilən məlumata görə, ölkəmiz də bu yarışda təmsil olunub. Diana Dımçenko bir nəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman Klubu (BAKİ) adından çıxış edib.
O, hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. AKAF adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb. Diana Dımçenko 6 kilometr məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.
Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan avarçəkənimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.
Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San-Sebastian şəhərində keçirilmiş sahil avarçəkməsi üzrə Avropa çempionatında da qızıl medala sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
- 07.06.2026 [18:57]
Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]