Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Avrasiyada biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumu işə başlayıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun, AMEA-nın və Türkiyənin Ərzurum Texniki Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumu işə başlayıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Daha sonra Biologiya və Tibb Elmləri Bölməsi institutlarının elmi nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Simpoziumda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Avrasiyada biomüxtəlifliyin aktual elmi problemlərinə həsr olunmuş beynəlxalq tədbirin əhəmiyyətindən söz açıb. Hazırda iqlim dəyişikliyi və biomüxtəliflik məsələlərinin dünyanın ən mühüm problemlərinə çevrildiyini qeyd edən akademik İsa Həbibbəyli bu məsələlərə dövlətlər səviyyəsində diqqət yetirildiyini və alimlər qarşısında mühüm vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

AMEA rəhbərinin sözlərinə görə, hazırda Yer kürəsində müşahidə olunan qlobal istiləşmə, buzlaqların əriməsi, dəniz səviyyəsinin düşməsi, okean sularının azalması və s. kimi problemlər dünyada su problemləri məsələsini daha da aktuallaşdırıb. Təsadüfi deyil ki, dünyada su problemlərini əhatə edən 77 dövlətlərarası müqavilə imzalanıb.

Akademik İsa Həbibbəyli bugünkü simpoziumda müzakirəyə çıxarılacaq məsələlərin bitkilərin qorunması, faunanın mühafizəsi, su problemləri kimi vacib məqamları əhatə etdiyini vurğulayıb. Bildirib ki, hazırda AMEA-nın müvafiq institutlarında, eləcə də Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat müəssisələrində qeyd olunan məsələlərlə bağlı geniş tədqiqatlar aparılır, bu sahə üzrə fəaliyyət göstərən qurumlarla birgə layihələr həyata keçirilir.

O, nəsli kəsilmək təhlükəsi altında olan flora və fauna növlərinin yer aldığı “Qırmızı kitab”ın üçüncü nəşrinin bu yaxınlarda ictimaiyyətə təqdim olunduğunu qeyd edib. Alim kitabın ikinci nəşrində yer alan 80-dən çox flora və fauna nümunəsinin qorunub saxlanılması ilə əlaqədar onların artıq üçüncü nəşrdən çıxarıldığını bildirib, bunu Azərbaycan alimlərinin uğuru kimi qiymətləndirib.

AMEA prezidenti ölkə rəhbərliyinin su problemlərinin həllinə böyük diqqət yetirdiyini və dövlət proqramlarının tərkib hissəsi olduğunu qeyd edərək, bu məqsədlə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamın və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Akademik İsa Həbibbəyli çıxışının sonunda bugünkü konfransın dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrlə biomüxtəliflik problemlərinin həlli istiqamətində birgə fikir mübadiləsinin aparılması, dünya təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycanda tətbiqi üçün imkanlar yaradacağına əminliyini ifadə edib.

Sonra elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək bu kimi mühüm problemlərə həsr olunmuş konfransların beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilməsinin önəminə toxunub. O, xüsusən qardaş Türkiyə ilə əsrlər boyu bir çox istiqamətlər üzrə qurulan əməkdaşlığın elm sahəsində də uğurla davam etdirildiyini qeyd edərək, bugünkü konfransın həm də Türkiyə universitetinin birgə təşkilatçılığı ilə keçirilməsini yüksək qiymətləndirib.

Nicat Məmmədli Elm və Təhsil Nazirliyi tərəfindən elm sahəsində qarşıya qoyulan məsələlərin icrasına dəstək verildiyini bildirib, yaxın zamanlarda yeni təşəbbüslərin, layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb.

“Gələcəkdə biomüxtəliflik problemləri ilə bağlı tədqiqatların genişləndirilməsi, dünyanın nüfuzlu elmi qurumları ilə birgə tədqiqatların aparılması, elmi jurnalların təsis olunması və onların elmi bazalarda indeksləşdirilməsi qarşımızda duran vacib məsələlərdəndir”, - deyən Nicat Məmmədli atılacaq bu addımların Azərbaycan elminin dünya elminə inteqrasiyasında vacib rol oynayacağına əminliyini ifadə edib. O, tədbirin yekununda əldə olunacaq nəticələrin gələcəkdə dövlət proqramlarının icrasında əhəmiyyətli rol oynayacağını deyib, simpoziumun işinə uğurlar arzulayıb.

Daha sonra Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova çıxış edərək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda 15 ölkənin nümayəndəsinin iştirak etdiyini söyləyib, xarici ölkələrdən gələn təmsilçilərə, eləcə də tədbirə onlayn qoşulan iştirakçılara təşəkkürünü bildirib. Biomüxtəliflik problemlərinin həlli istiqamətində ölkələrin elmi-praktik nailiyyətlərinin paylaşılması məqsədilə bu cür tədbirlərin keçirilməsinin önəmini qeyd edən Minarə Həsənova beynəlxalq simpoziuma ümumilikdə 237 tezis və məqalənin qəbul edildiyini diqqətə çatdırıb.

Alim Dendrologiya İnstitutunun sabiq baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun rəhbərliyi ilə təbiəti mühafizə sahəsində, iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri yönündə 6 konfrans, 1 qurultay və 1 simpoziumun təşkil edildiyini bildirib. O, bu gün altıncısı keçirilən “Avrasiyada Biomüxtəliflik - SEAB” beynəlxalq simpoziumunun da ilk dəfə 2015-ci ildə AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun təşəbbüsü ilə keçirildiyini vurğulayıb.

Tədbirdə, həmçinin Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Ərzurum Texniki Universitetinin rektoru professor Bülent Çakmak, Pakistandan olan nümayəndə Şan Ali, Pamukkale Universitetinin professoru Serdar Duşen və SEAB təşkilat komitəsinin sədri professor Ramazan Məmmədov çıxış edərək beynəlxalq simpoziumun aktual elmi problemlərə həsr olunduğunu bildiriblər.

Qeyd edək ki, simpozium işini Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi daxil olmaqla, çox sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələr üzrə davam etdirib.

“Avrasiyada biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumu sentyabrın 8-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb

Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir

Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub

DİM: qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Ekspert: Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verir

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişaf istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb