“Avro-2016”: Debütant debüt oyununda məğlub oldu
Paris, 12 iyun, AZƏRTAC
İyunun 12-də “Avro-2016”nın “C” qrupunda ilk oyun keçirilib.
Fransanın Nitsa şəhərindəki “Allyanz Rivyera” stadionunda Polşa və turnirin debütantı Şimali İrlandiya milli komandaları qarşılaşıblar. Rumıniyalı baş hakim Ovidiu Hateganın idarə etdiyi oyunun birinci hissəsi heç-heçə başa çatıb.
İkinci hissənin əvvəlində - 51-ci dəqiqədə Polşa millisinin üzvü Arkadiuz Milik hesabı açıb. Görüşdə başqa qol olmayıb və Polşa yığması minimal hesablı qələbə qazanıb.
Xatırladaq ki, qrupun ikinci görüşü Bakı vaxtı ilə saat 23:00-da oynanılacaq. Lil şəhərindəki “Pyer -Morua” stadionunda keçiriləcək matçda Almaniya və Ukrayna milliləri qarşılaşacaqlar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris