AVROPA AZƏRBAYCANLI TƏLƏBƏLƏR ŞƏBƏKƏSİ YARADILACAQ
Avropa ali məktəblərini bitirmiş və hazırda orada təhsil alan azərbaycanlı gənclərin bir qrupu Avropa Azərbaycanlı Tələbələr Şəbəkəsi yaratmaq üçün mayın 29-da Brüsseldə, Avropa Parlamentinin binasında forum keçirəcəklər. Məqsəd Azərbaycanın Avropa İttifaqına (Aİ) inteqrasiyasına dəstək vermək və olkəmizin mənafeyinin Aİ səviyyəsində qorunmasına yardım etməkdir.
Forumun təşkilat komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyəti rəhbərliyinin iştirakı ilə keçiriləcək tədbirdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri xanım Anna Mariya İşler Biguin və ölkəmizin Aİ-dəki daimi nümayəndəliyinin başçısı Arif Məmmədov çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]