Avropa birinciliyi: Daha dörd cüdoçumuz mübarizəyə qoşulur
Bakı, 16 aprel, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında Avropa birinciliyi start götürür.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə on altıdabir finalda Arif Bayramov (57 kq) Artur Donoque (İrlandiya), səkkizdəbir finalda isə Sərxan Budaqov (80 kq) Vladislav Dudar (Ukrayna), Məmməd Quliyev (92 kq) Elvin Mayue-Belezika (İsveç), Amin Məmmədzadə (51 kq) Patrik Makkenna (İrlandiya) ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirin birinci günündə millimizin üzvlərindən Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçini (Moldova), Səid Abdullayev (67 kq) Samuel Quqliottanı (İtaliya) mübarizədən kənarlaşdıraraq səkkizdəbir, Kənan Babayev (48 kq) isə Telet Yağlıya (Türkiyə) qalib gələrək dörddəbir finala vəsiqə qazanıblar.
Avropa birinciliyində 39 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb.
Yarışın qalibləri aprelin 21-də məlum olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]