Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri bəlli olub
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 12-də Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürəcək.
Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, fevralın 11-də yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.
Yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində idmançılar mübarizəyə start verəcəklər.
55 kiloqram
1/4 final
Rəşad Məmmədov - Denis Mihay (Rumıniya)
60 kiloqram
Təsnifat mərhələsi
Nihat Məmmədli - Nedyalko Petrov (Bolqarıstan)
63 kiloqram
1/8 final
Murad Məmmədov - Brian Santyaqo (Danimarka)
67 kiloqram
1/8 final
Həsrət Cəfərov - Sebastyan Nad (Serbiya)
72 kiloqram
1/8 final
Ülvü Qənizadə - Giorgi Çxikvadze (Gürcüstan)
77 kiloqram
1/8 final
Sənan Süleymanov - Şuay Mamedov (AİN) / İdris İbayev (Almaniya)
82 kiloqram
1/8 final
Rafiq Hüseynov - Alperen Berber (Türkiyə)
87 kiloqram
1/8 final
İslam Abbasov - Ramon Betşart (İsveçrə) / Şimon Şimonoviç (Polşa)
97 kiloqram
1/8 final
Murad Əhmədiyev - Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya)
130 kiloqram
1/8 final
Beka Kandelaki - Konsta Maenpaeae (Finlandiya)