DÜNYA
Avropa İttifaqı yüksək inflyasiya zonasına daxil olur
Budapeşt, 1 iyun, AZƏRTAC
Avropa İttifaqı ölkələrində inflyasiya templərinin bir qədər artması müşahidə edilir.
AZƏRTAC “Budapest Business Journal”a istinadla xəbər verir ki, may ayında inflyasiyanın səviyyəsi 2,5 faizə yüksəlib. Amma bundan bir ay əvvəl istehlak qiymətlərinin artımı iki faiz səviyyəsində qalmışdı.
Bu, bəlkə də 2011-ci ilin sentyabrından bəri ən yüksək inflyasiya göstəricisidir. Ekspertlər qiymətlərin 2,3 faiz artacağını gözləsələr də, gerçəklik bu qorxuducu proqnozu da üstələyib.
May ayında inflyasiyanın katalizatoru əvvəlki kimi enerji sektoru olub. Avrozonada benzinin qiyməti orta hesabla 28,4 faiz artıb. İqtisadçılar hesab edirlər ki, inflyasiyanın artımı yaxın aylarda da davam edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]