Avropa Komissiyası Altsheymer xəstəliyinə qarşı yeni dərmanın istifadəsinə icazə verib

Berlin, 17 aprel, AZƏRTAC
Avropa Komissiyası Altsheymer xəstəliyinin erkən mərhələsində tətbiq olunacaq yeni dərman vasitəsi – “Lecanemab” adlı antitelin istifadəsinə ilk dəfə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu dərman indiyədək tətbiq edilən müalicə üsullarından fərqli olaraq, xəstəliyin əsas səbəblərinə qarşı təsir göstərməyi hədəfləyir. Altsheymer xəstəliyinin gedişatını bir qədər ləngidə bilən “Lecanemab” yalnız yüngül əqli pozğunluq və ya yüngül demensiya mərhələsində olan pasiyentlərdə istifadə oluna bilər. Bundan əlavə, pasiyentlər müəyyən genetik göstəricilərə malik olmalıdırlar.
Avropa Dərman Agentliyinin (EMA) tövsiyəsi əsasında təsdiq olunan dərman ciddi şərtlərlə istifadəyə buraxılıb. Klinik tədqiqatlara əsasən, “Lecanemab” müalicəsi alan pasiyentlərdə demensiya əlamətlərindəki irəliləmə səviyyəsi cüzi şəkildə daha yavaş müşahidə olunub. Bununla belə, mütəxəssislər gündəlik həyatda bu təsirin nə dərəcədə nəzərəçarpacaq olduğunun sual altında qaldığını bildirirlər.
Dərmanın istifadəyə tam hazır olması bir neçə ay çəkə bilər. İstehsalçı bu müddətdə həkimlər üçün təlimlər hazırlamalı və müşahidə reyestri qurmalıdır.
Almaniya üzrə təxminən 1,2 milyon Altsheymer xəstəsindən yalnız 20 minə qədəri bu terapiya üçün potensial namizəd sayılır. Qadınlarda dərmanın effektivliyi daha zəif, yan təsir riski isə yüksək qiymətləndirilir. Müalicənin Avropadakı qiyməti hələ açıqlanmasa da, ABŞ-da illik xərc təxminən 26 min dollardır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.05.2025 [11:12]
Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var
- 24.05.2025 [08:19]
ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?
- 23.05.2025 [23:24]
İngiltərədə sənaye zonasında güclü yanğın baş verib
“Napoli” İtaliya çempionu olub
- [00:49]
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
- 23.05.2025 [23:54]
Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb
- 23.05.2025 [23:18]
Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib
- 23.05.2025 [22:32]
Orlov vilayətində helikopter qəzaya uğrayıb
- 23.05.2025 [22:04]
Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var
- 23.05.2025 [21:54]
Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib
- 23.05.2025 [21:46]
30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
- 23.05.2025 [21:20]
Tat-evi monastırının qaranlıq tarixi
- 23.05.2025 [21:14]
Avroliqa: “Fənərbağça” finala vəsiqə qazanıb
- 23.05.2025 [21:04]
AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
- 23.05.2025 [20:37]
Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib
- 23.05.2025 [20:07]
Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
- 23.05.2025 [19:59]
Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb
- 23.05.2025 [19:57]
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
- 23.05.2025 [19:56]
İordaniya mətbuatında Qərbi Azərbaycan irsi haqqında məqalə dərc edilib
- 23.05.2025 [19:30]
Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib
- 23.05.2025 [19:28]
“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb
- 23.05.2025 [18:57]
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib
- 23.05.2025 [18:52]
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 23.05.2025 [18:45]
Prezident Kitabxanasının direktoru elmi konfransda çıxış edib
- 23.05.2025 [18:42]
Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
- 23.05.2025 [18:32]
Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
- 23.05.2025 [18:31]
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb
- 23.05.2025 [17:57]
Bakı və Sumqayıtda attestasiya proqramı çərçivəsində görüşlər davam edir
- 23.05.2025 [17:52]
Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək
- 23.05.2025 [17:51]
Belçikalıların Kralı Filipdən
- 23.05.2025 [17:48]
Yeni cihaz hava-damcı infeksiyalarının əlamətlərini müəyyən edir
- 23.05.2025 [17:48]
AHİTA və Velosiped İdmanı Federasiyası əməkdaşlığı gücləndirir
- 23.05.2025 [17:47]