AVROPA KOMİSSİYASININ EKSPERTLƏRİ AZƏRBAYCANA GƏLMİŞLƏR
Bakı, 13 oktyabr (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzindən bildirmişlər ki, Avropa Komissiyasının sağlamlıq və istehlakçıların müdafiəsi üzrə baş direktorluğunun (DG SANCO) İrlandiyada yerləşən ərzaq və baytarlıq ofisinin əməkdaşları xanım Laura Milanze, Benua Soveroş Azərbaycana gəlmişlər.
Səfər respublikamızda qeydiyyata alınmış cins atların Avropa İttifaqına üzv olan dövlətlərə idxal-ixrac edilməsi ilə əlaqədardır.
Avropa Komissiyasının ekspertləri DBX-də bir sıra görüşlər keçirəcək, atların idxal-ixracı ilə bağlı sertifikatlaşdırma proseduruna və atların sağlamlığının qiymətləndirilməsinə diqqət yetirəcəklər.
Qonaqlar Kənd Təsərrüfatı Nazirliyində, Respublika Baytarlıq Laboratoriyasında və digər qurumlarda da olacaq, regionlara, o cümlədən Gəncəyə səfər edəcəklər.
Səfər oktyabrın 19-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]