Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə – YENİLƏNİB 3
Bakı, 17 iyul, AZƏRTAC
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi İslandiyada "Vestri"nin qonağı olub. Bakıdakı ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu səfərdə də eynihesablı nəticəyə imza atıb - 3:0.
Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.
01:03
UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" və "Qarabağ" komandaları arasında keçirilən cavab oyununda 2-ci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, hazırda hesab Azərbaycan təmsilçisinin xeyrinədir - 2:0. Qolları 5-ci dəqiqədə Jali Muaddib və 29-cu dəqiqədə Pedro Bikalyo vurublar.
Qeyd edək ki, "Qarabağ" ilk matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Bu duelin güclüsü II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.
00:52
UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" və "Qarabağ" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda oynanılan qarşılaşmada Ağdam təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. Qolları 5-ci dəqiqədə Jali Muaddib və 29-cu dəqiqədə Pedro Bikalyo vurublar.
Qeyd edək ki, "Qarabağ" ilk matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Bu duelin güclüsü II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.
00:00
UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" və "Qarabağ" komandaları arasında cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Qeyd edək ki, "Qarabağ" ilk matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib.