Avropa Liqası: Bu gün “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək
Bakı, 1 sentyabr, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olacaq.
Ağdam təmsilçisi püşkatmada ikinci səbətdə yer alacaq.
Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.
Avropa Liqası
Qrup mərhələsi
I səbət: “Vest Hem” (İngiltərə), “Liverpul” (İngiltərə), “Roma” (İtaliya),“Ayaks” (Niderland), “Vilyarreal” (İspaniya), “Bayer 04” (Almaniya), “Atalanta” (İtaliya), “Reyncers” (Şotlandiya);
II səbət: “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), LASK (Avstriya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan);
III səbət: “Molde” (Norveç), “Brayton” (İngiltərə), “Şerif” (Moldova), “Union” (Belçika), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Makkabi” (Hayfa, İsrail), “Şturm” (Avstriya);
IV səbət: “Tuluza” (Fransa), AEK (Yunanıstan), “Baçka Topola” (Serbiya), “Servett” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Rakuv” (Polşa), “Aris” (Kipr), “Haken” (İsveç).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]