Avropa son beş ildə silah idxalını kəskin artırıb
Bakı, 11 mart, AZƏRTAC
2014-2018-ci illərlə müqayisədə 2019-2023-cü illərdə Avropanın silah idxalı 94 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatında deyilir. Məlumata görə, 2019-2023-cü illərdə ABŞ Avropa ölkələrinə silah idxalının təxminən 55 faizini həyata keçirib.
“800-ə yaxın döyüş təyyarəsi və helikopteri də daxil olmaqla, bahalı silahların sifarişini nəzərə alaraq, Avropaya silah idxalının yüksək səviyyədə qalacağını ehtimal edirik”, - deyə institutun Silah Transfer Proqramının baş tədqiqatçısı Pieter Vezeman bildirib.
2022-ci ilin fevralından bəri 30 ölkədən silah tədarük edən Ukrayna son beş ildə Avropanın ən böyük, dünyanın isə dördüncü silah idxalçısına çevrilib.
Qeyd edək ki, 1966-cı ildə yaradılan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu dünya ölkələrinin hərbi xərcləri, silah ticarəti və onlara nəzarət barədə məlumatlar, təhlil və tövsiyələr təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]