SİYASƏT
Avropa Şurasının Azərbaycanda keçiriləcək tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb
AZƏRTAC xəbər verir ki, görüşdə nazir 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumat verib. Eyni zamanda, nazir Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçiriləcək bir sıra tədbirlər haqqında da qonağı məlumatlandırıb.
Bununla yanaşı, oktyabrın 1-5-də Qəbələdə keçiriləcək Avropa Şurasının “Nifrət nitqinə yox” kampaniyasının beynəlxalq forumu və oktyabrın 28-dən 30-dək Bakıda keçiriləcək gənclər siyasəti üzrə Qlobal Gənclər Forumu da qonaqla müzakirə edilib.
2014-cü ilin sentyabrında İsveçrənin Makkolin şəhərində keçiriləcək Avropa Şurasının idmana məsul nazirlərinin növbəti görüşünün mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.