Avropanın Ayda kəşfiyyat planları dəyişə bilər
Bakı, 21 fevral, AZƏRTAC
ABŞ “Artemis” layihəsinə yenidən baxdığı üçün Avropanın Ay planları dəyişə bilər.
AZƏRTAC xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın komandası NASA-nın “Artemis” layihəsini yenidən nəzərdən keçirərkən Avropanın Ayı tədqiq etmək planları təhlükə altına düşə bilər.
“Avropa Kosmik Agentliyi Donald Trampın Ay ambisiyalarının əksəriyyəti üçün vasitə olan “Artemis” layihəsinin əsas elementlərinin mümkün ləğvinə hazırlaşır”, - deyə məlumatda bildirilir.
NASA isə öz növbəsində beynəlxalq tərəfdaşlığın “Artemis” kampaniyasının mühüm hissəsi olaraq qaldığını vurğulayıb.
Nəşr qeyd edir ki, məsələ ətrafında narahatlıq amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin NASA-nın xərcləri, o cümlədən təxminən 100 milyard dollarlıq “Artemis” proqramı ilə bağlı araşdırmaları fonunda yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]