Avropanın qənaətli turizm üçün əlverişli şəhərlərinin adları açıqlanıb
Bakı, 2 fevral, AZƏRTAC
Polşanın Krakov şəhəri Avropanın qənaətli turizm üçün ən əlverişli şəhərləri reytinqinə başçılıq edir.
AZƏRTAC Euro-pulse.ru saytına istinadla xəbər verir ki, bu barədə Britaniyanın “Which?” istehlakçılar assosiasiyasının məlumatında deyilir.
Assosiasiya sayt istifadəçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən qənaətli səyahətlər üçün şəhərlərin reytinqini tərtib edib. Onlar Avropa şəhərlərini altı meyar - yaşayış şərtləri, mədəni abidələr, qida və içki, nəqliyyat, alış-veriş üçün imkanlar və ümumilikdə xərclər səviyyəsi üzrə qiymətləndirib.
Həmin siyahıda ilk yeri Krakov tutub. Reytinqin ikinci pilləsində İspaniyanın Valensiya şəhəri, üçüncü yerdə isə Budapeşt qərarlaşıb. İlk beşliyə, həmçinin İtaliyanın Bolonya və Almaniyanın Berlin şəhərləri daxil olub. Siyahıda növbəti yerləri İspaniyanın Sevilya və Barselona, Avstriyanın paytaxtı Vyana, Portuqaliyanın Funşal və Hollandiyanın Amsterdam şəhərləri tutub.
Sorğu iştirakçıları arasında Krakovu daha çox tarixlə maraqlanan insanlar bəyənib, Budapeştə isə ən çox ucuz təbii spa həvəskarları üstünlük verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [15:34]
Sumatrada fəlakətdən zərər çəkmiş bütün məktəblərdə dərslər bərpa edilib
- 13.02.2026 [15:12]
“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib
- 13.02.2026 [14:44]
Roma yaxınlığında daşqın və sürüşmə: ölən və yaralananlar var
- 13.02.2026 [14:34]