Avstriya Böyük Britaniya ilə hava nəqliyyatını yenidən dayandırıb
Vyana, 25 may, AZƏRTAC
Koronavirusun Hindistanda yaranmış mutasiyası və onun Böyük Britaniyada sürətlə yayılması ilə əlaqədar Avstriya Böyük Britaniya ilə hava nəqliyyatının yenidən dayandırılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin qərarına əsasən, iyunun 1-dən etibarən Britaniyadan gələn təyyarələrin Avstriyanın hava limanlarına enişinə icazə verilməyəcək.
Qeyd edək ki, bu ilin yanvarından Braziliya və Cənubi Afrikadan təyyarələrin Avstriya hava limanlarına enişinə icazə yoxdur, aprel ayında isə Hindistan bu siyahıya daxil edilib.
Ötən ilin dekabrından bu ilin mart ayınadək Böyük Britaniya ilə hava nəqliyyatı koronavirusun Böyük Britaniyada aşkarlanan variantına görə dayandırılsa da, martın 21-də uçuşlar bərpa edilmişdi. Lakin Hindistan mənşəli mutasiyasının Böyük Britaniyada sürətlə yayılması bu ölkə ilə hava nəqliyyatının dayandırılması ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]