Avstriyada kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub
Vyana, 5 iyul, AZƏRTAC
İyulun 5-də Münxen yaxınlığından havaya qalxan kiçikmühərrikli təyyarə Avstriyanın Zalsburq əyalətinin Pintsqau rayonunda qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, meşə ərazisinə düşərək yanan təyyarənin göyərtəsindəki dörd nəfərin hamısı qəza nəticəsində həlak olub. Ərazinin mürəkkəb dağlıq relyefi xilasedicilərin qəza yerinə çatmasını çətinləşdirib və yanğın qismən meşə ərazisinə keçib.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır və həlak olanların identifikasiyası aparılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]