CƏMİYYƏT
Axtarışda olan 49 nəfər saxlanılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 30 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.