AYİB AZƏRBAYCAN DRES-İN MÜASİRLƏŞDİRİLMƏSİNƏKREDİT AYIRACAQDIR
Layihə çərçivəsində stansiyanın bütün bloklarının yenidən qurulması nəzərdə tututlmuşdur. Nəticədə Azərbaycan DRES-in gücü 2100 meqavatdan 2500 meqavata çatdırılacaq. 1 kilovat/saat elektrik enerjisinin istehsalına sərf edilən yanacaq isə 380 qramdan 330 qrama endiriləcəkdir. Bu, hər il 400 min ton yanacağa qənaət etmək deməkdir.
Sənədə əsasən, AYİB 115 milyon avro ayıracaqdır. Kreditin 3 ili güzəştli olmaqla 20 il müddətinə LİBOR+0,5 tariflə verilməsi nəzərdə tutulmuşdur.