Aylıq əməkhaqqı sahəsində qanunvericiliyin pozulması hallarına qarşı nəzarət tədbirləri görülür
Bakı, 7 mart, AZƏRTAC
Qanunvericiliyin tələbinə əsasən, hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ vardır.
AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə xidmətin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəis müavini Elşən Rəhimli deyib.
O bildirib ki, Əmək Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən, ixtisaslı əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ işçiyə verilə bilməz: “Bu kimi halların qarşısının alınması üçün vergi orqanları tərəfindən hazırda intensiv nəzarət tədbirləri aparılır. İlk öncə, qeyd olunan riskli vergiödəyiciləri vergi orqanına dəvət edilir, görüş zamanı işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunur. Vergiödəyicisi ona təqdim edilmiş dəlil və sübutlarla razılaşdıqda işçi sayı və əməkhaqqı məbləği "Əmək müqaviləsi bildirişi" altsistemində və bəyannamə göstəricilərində əks olunur”.
E.Rəhimli əlavə edib ki, vergiödəyicisi ona təqdim edilən dəlil və sübutlarla razılaşmadıqda və ya vergi orqanına gəlməkdən imtina etdikdə isə onun təsərrüfat subyektlərində vergi nəzarəti tədbirləri həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]