SİYASƏT
Ayxan Əliyev: Fəxr edirəm ki, azərbaycanlı tələbələr bu mitinqdə fəal iştirak edirlər VİDEO
Berlin, 22 fevral, AZƏRTAC
Mən fəxr edirəm ki, Avropanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr bu gün Berlində Ümumavropa Qarabağ mitinqində fəal iştirak edirlər.
AZƏRTAC Almaniya paytaxtının Brandenburq qapıları qarşısındakı Paris meydanından xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Macarıstanın Obuday Universitetinin tələbəsi Ayxan Əliyev söyləyib.
O qeyd edib ki, təcavüzkarları beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa və Azərbaycanın işğal olunmuş ərazilərini tezliklə azad etməyə məcbur etməyi dünya birliyindən tələb edən Azərbaycan xalqının ümumi səsinə qoşulmağı özünün vətəndaşlıq borcu hesab edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin