Azad edilmiş ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində işlərə başlanılıb
Bakı, 11 yanvar, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində işlərə başlanılıb. Belə ki, ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq Bəsitçay Dövlət Təbiət Qoruğunun yenidən bərpa olunması ilə bağlı tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova deyib.
Xidmət rəsmisi bildirib ki, azad edilmiş ərazilərdə iki dövlət təbiət qoruğu və dörd dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Otuz il ərzində məhv və talan edilən xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası tədbirlərinə ilkin olaraq Bəsitçay Dövlət Təbiət Qoruğundan başlanılıb. Qoruğun sanitar-mühafizə zonasının xəritəsinin işlənilməsi, orada fauna və floranın yenidən dəyərləndirilməsi, qoruğun fəaliyyəti ilə bağlı digər məsələlər üzərində iş gedir. Növbəti mərhələlərdə də digərlər xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası ilə bağlı tədbirlər görüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]