Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azad Rəhimov: “Rio-2016” Olimpiya Oyunlarında qazandığımız qələbələr Azərbaycan idmanının növbəti təntənəsidir

Bakı, 22 avqust, AZƏRTAC

“Rio-2016” Olimpiya Oyunları Azərbaycan üçün bir çox məqamla əlamətdar olub. Oyunların yekunları ilə bağlı gənclər və idman naziri Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb.

Yüksək nəticələr qazanan idmançılarımıza, eyni zamanda, Braziliyadakı nümayəndə heyətinə böyük dəstək verən azarkeşlərə dərin minnətdarlığını bildirən nazir deyib: “Həqiqətən də hər gün burada - uzaq Rioda biz onların dəstəyini, diqqətini hiss edir, çoxlu mesajlar alırdıq. Bakıdan çoxlu məlumatlar gəlirdi və sözsüz ki, bu dəstək bizim üçün də, idmançılarımız üçün də çox vacib idi. Düşünürəm ki, qazanılan qələbələrdə bu dəstək də böyük rol oynadı”.

Olimpiya Oyunlarının idman aləmində ən mötəbər tədbir olduğunu vurğulayan nazir qeyd edib ki, idmançılarımız Azərbaycan tarixinə yeni bir səhifə yazıblar. Hər dörd ildən bir keçirilən bu nüfuzlu yarışlara idmançılar, idmanla bağlı olan insanlar, idman mütəxəssisləri - hamı çox ciddi hazırlaşır. “Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də bütün xalqımızı və azarkeşləri sevindirəcəklər”, - deyə A.Rəhimov bildirib.

Qarşıda duran vəzifələrdən danışan nazir deyib ki, gərgin keçən yarışlardan sonra idmançılara istirahət üçün müəyyən vaxt veriləcək. Bir neçə aydan sonra isə Tokio Olimpiya Oyunlarına hazırlıqlar başlanacaq. Həm nazirlik, həm Olimpiya Komitəsi, ilk növbədə, federasiyalar bu işə çox ciddi yanaşırlar, nəticələri təhlil edərək növbəti mərhələlərdə atılacaq addımları planlaşdırırlar. Nazirlik bu məsələdə onlara hərtərəfli dəstək olur. Təlim-məşq toplantılarının maliyyələşdirilməsi, idmançıların yarışlara göndərilməsi, dopinqlə bağlı məsələ nazirliyin prioritet istiqamətlərindəndir və buna daha çox diqqət yetiriləcək.

A.Rəhimov deyib: “Azərbaycanda hər bir idman növü üzrə lazımi maddi-texniki baza formalaşdırılıb, idmançılara hər cür şərait yaradılıb. Bu şərait Rio və ya London Olimpiya Oyunlarından heç də fərqlənmir. Yəni, olimpiya standartlarına tam uyğundur. Həqiqətən də Azərbaycan idman ölkəsinə çevrilib və bu, müvafiq beynəlxalq təşkilatlarda da etiraf olunur”.

Azərbaycan idmançılarının “Rio-2016”da qazandıqları fantastik göstəricilərin gözlənilən olub-olmadığına dair sualı cavablandıran Azad Rəhimov deyib: Biz ilk növbədə dünyanın, ölkə ictimaiyyətinin və mediasının, mütəxəssislərimizin bu göstəriciləri necə qiymətləndirdiklərinə baxırıq və belə bir təhlil çox vacibdir. Statistik rəqəmlər də çox önəmlidir. Sözsüz ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman sahəsində effektiv bir dövlət olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Böyük Britaniyanın “The Telegraph” qəzetinin apardığı təhlillərə əsasən Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Bu, doğrudan da inanılmaz nəticədir. Avropa ölkələri arasında biz yeddinci, İslam dövlətləri arasında birinci, MDB məkanında ikinciyik. Medalın keyfiyyəti baxımından 39-cu yeri tuturuq. Daha bir sevindirici hal odur ki, bu gün biz beş idman növündə medal qazanmışıq. Halbuki qızıl medalların sayına görə bizi qabaqlayan bəzi ölkələr maksimum üç idman növündə çıxış ediblər”.

Hakim səhvlərinin, bəzi hallarda ədalətsiz qərarların nəticələrə təsirinə münasibət bildirən nazir gimnastımız Marina Durundanın çıxışını misal gətirib: “Digər federasiyaların prezidentləri mənə yaxınlaşıb deyirdilər ki, Marina Durunda çox gözəl çıxış etdi. Həqiqətən də bu çıxış ən azı bürünc medala layiq idi”.

İdmançılarımızdan kimi daha çox fərqləndirdiyi barədə suala cavab verən A.Rəhimov deyib ki, mükafat qazanan 18 idmançı arasında heç kimi fərqləndirmir. Onlar hamısı bizim qəhrəmanlarımızdır. Azərbaycan xalqının oğulları, vətəndaşlarıdır. Hamısı Azərbaycanı düşünürlər. Əsas məsələ də məhz budur.

Komandamızdakı legionerlərə gəlincə nazir qeyd edib ki, onlar da Azərbaycan vətəndaşıdır. Burada yaşayaraq, hazırlaşaraq medal qazanırlar. Bu, bütün idman növləri üçün böyük bir inkişafdır. “Biz həmin legionerləri dəstəkləyirik və onlara heç bir fərq qoymuruq”, - deyə A.Rəhimov vurğulayıb.

Nazir jurnalistlərə müsahibəsində, həmçinin ayrı-ayrı idman növlərində qazanılan nəticələri, idmançıların çıxışlarını da təhlil edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub