AZƏR HACIYEV BİLYARD ÜZRƏ DÜNYA KUBOKU TURNİRİNDƏ ƏN YAXŞI SƏKKİZLİKDƏ YER ALMIŞDIR
AZƏRTAC xəbər verir ki, Almatıda bilyardın rus piramidası üzrə dünya kuboku turniri keçirilmişdir. Yarışda Azərbaycan üç idmançı ilə təmsil olunmuşdu. Azərbaycan bilyardçıları arasında ən yüksək nəticəni Azər Hacıyev göstərmişdir.
Dörddəbir finala qədər irəliləyən A.Hacıyev ilk görüşdə erməni
Robert Amiryana qalib gəlsə də, ikinci görüşündə Qazaxıstan idmançısı Emil Mudarisova məğlub olmuşdur. Daha sonra ardıcıl olaraq, Aleksey Konkov (Sloveniya), Bahıt Agitayev (Monqolustan), Valeri İvanov (Litva), səkkizdəbir finalda isə Dauren Urınbayev (Qazaxıstan) üzərində qələbə qazanmış, A.Hacıyev dörddəbir finala vəsiqə qazanmışdır.
Bu mərhələdə Azərbaycan bilyardçısı tanınmış kiy ustası Kanıbek Saqındıqova (Qırğızıstan) 4:2 hesabı ilə uduzmuşdur. Məğlubiyyətə baxmayaraq, Azər Hacıyev turnirdə ən güclü səkkiz idmançı arasına düşə bilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]