AZƏRBAYCAN ALİ MƏKTƏBLƏRİ ÜZRƏ ELM-TƏDRİS PROQRAMI İLƏ BAĞLI MÜSABİQƏ KEÇİRİLİR
Proqramdan əsas məqsəd elm-tədris mərkəzi (ETM) yaratmaq yolu ilə tədqiqatları akademik kursa inteqrasiya etmək, tələbə və gənc araşdırıcıların tədqiqat imkanlarını artırmaq və onları yüksək keyfiyyətli müasir və sərbəst şəkildə istifadəsi mümkün olan laboratoriya avadanlığı ilə təmin etməkdir.
Təkliflər ali məktəb əməkdaşları tərəfindən riyaziyyat, fizika, kimya, biologiya, ətraf mühit, informatika və Yer elmləri üzrə təqdim oluna bilər.
MTİF, AMEF və Təhsil Nazirliyi ETM-in təşkilinə 300 min ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutur.
Təkliflər 2006-cı il yanvarın 31-dək təqdim edilməlidir.
Müsabiqənin nəticələri 2006-cı il iyunun 15-də elan olunacaqdır.