AZƏRBAYCAN ALİMLƏRİ BEYNƏLXALQ ARXEOLOJİ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 17 oktyabr (AZƏRTAC). Oktyabrın 21-dən 26 -dək Almaniyanın Vittenberq şəhərində “Cənubi Qafqaz və qonşu bölgələr son tunc və erkən dəmir dövründə” mövzusunda beynəlxalq arxeoloji konfrans keçiriləcəkdir.
Beynəlxalq tədbirdə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, ABŞ-dan alim və mütəxəssislər iştirak edəcəklər.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşrlər və elmi əlaqələr sektorunun rəhbəri, tarix elmləri namizədi S.Aşurovun “Şərurun son tunc və erkən dəmir dövrü abidələri”, antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri namizədi İ.İbrahimlinin “Naxçıvanın son tunc və erkən dəmir dövrü qəbir abidələri”, antik dövr arxeologiyası şöbəsinin əməkdaşları - tarix elmləri namizədləri Ə.Bədəlov və C.Eminlinin “Naxçıvanın son tunc və erkən dəmir dövrü abidələri” mövzularnda məruzələri dinləniləcəkdir.
Naxçıvan ərazisində 2008-ci ildən fəaliyyət göstərən Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyasının Oğlanqalada apardığı tədqiqatlar barədə tarix elmləri namizədi Səfər Aşurov, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və ABŞ-ın Pensilvaniya Universitetinin alimləri Hillari Kopnik və Lauren Ristvetin birgə məruzəsi dinləniləcəkdir.
Konfransda Qafqaz arxeologiyasının problem məsələləri də müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]